Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun ilk oyunu üçün təyinatlar açıqlanıb.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ” və "Neftçi” komandaları arasındakı görüşü keçmiş FİFA referisi Fariz Yusifova tapşırılıb.
Hakim-inspektor funksiyasını isə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov yerinə yetirəcək.
1 dekabr (cümə)
18:30. "Qarabağ” – "Neftçi”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
"Azersun Arena” (CBC Sport, canlı)
Aktual.az Xəbər 427 dəfə oxunub.