"Qarabağ" komandası "Neftçi" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçına futbolçu itkiləri ilə çıxacaq.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib. O, Reynaldo və Miçelin qarşıdakı oyunu buraxacaqlarını bildirib: "Hazırda Reynaldo fərdi qaydada məşq edir. Miçel isə zədəlidir və hələ məşqlərə başlamayıb. Hər ikisi oyunu buraxacaq".
Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlanacaq.
Xəbər 441 dəfə oxunub.