Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil verildi

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil verildi

Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 89 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

ƏƏSMN-nin mətbuat xidmətindən  verilən məlumata görə, onların ailə üzvlərinin sayına uyğun olaraq, təqdim edilən mənzillərin 10-u birotaqlı, 42-si ikiotaqlı, 37-si isə üçotaqlıdır.

Yeni mənzillərlə təmin olunan müharibə əlilləri və şəhid ailələri yeni mənzillərlə təmin edilmələrinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Həmçinin mənzillərin təqdim olunması zamanı müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs olunub, onlara yönələn dövlət qayğısının daim artırıldığı qeyd olunub. Bildirilib ki, həmin insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Bu sahədə aparılan işlərin davamı kimi, cari ildə ƏƏSMN tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, 11 rayonda 82 fərdi yaşayış evi, Abşeron rayonunda, Gəncə və Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Eyni zamanda, bu günlərdə Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası gözdən əlil şəxslərin istifadəsinə verilib.

Nazirlik vurğulayıb ki, dövlət başçısının  “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamı müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təminatına diqqət və qayğının növbəti ifadəsidir. Sərəncama əsasən, bu məqsədlə Prezidentin ehtiyat fondundan 10 milyon manat ayrılıb.

Qeyd edək k, hazırda respublikanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.

Xəbər 545 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR