Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir.
Aktual.az-ın qol.Az-a istinadən verdiyi məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb.
Ağdam klubu qrup lideri olan “Monako”nu qəbul edir. Qurban Qurbanovun komandası Fransadakı məğlubiyyətin (0:1) əvəzini çıxmağa və turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq.
Hazırda sonuncu pillədə olan Azərbaycan çempionu qələbə sayəsində qrup lideri də ola bilər. Bunun üçün “Tottehnem” – “Anderlext” matçında bərabərlik qeydə alınmalıdır.
5 noyabr
Avropa Liqası, qrup mərhələsi
J qrupu
20:00. “Qarabağ” (Azərbaycan) – “Monako” (Fransa) - 0:0 (Birinci hissə)
Baş hakim: Pavel Kristian Balay
Hakim köməkçiləri: Mihay Ovidiu Artene, Valentin Qabriel Avraam (hamısı Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Maksim Medvedev, Əfran İsmayılov, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov ,Alharbi Əl Jadeyaoui, Samuel Armenteros
Ehtiyat oyunçular: Fərhad Vəliyev, İlqar Qurbanov, Elvin Yunuszadə, Elvin Məmmədov, Miqel Markos Madera , Çumbinyo, Rudell Pupon
"Monako": Subaşiç, Fabinyo, Karvalyo, Vallek, Raggi, Joao Moutinyo, Bernardo Silva, Pasaliç, Toulalan (k), Traore, El-Şaaravi
Ehtiyat oyunçular: Nardi, Elderson, N'Doram, Ture, Karillo, İvan Kavaleyro, Andzouana
Komandalar | Q | Xal | |||||
1. | Monako (Fransa) | 3 | 1 | 2 | 0 | 3:2 | 5 |
2. | Tottenhem (İngiltərə) | 3 | 1 | 1 | 1 | 5:4 | 4 |
3. | Anderlext (Belçika) | 3 | 1 | 1 | 1 | 3:3 | 4 |
4. | Qarabağ (Azərbaycan) | 3 | 1 | 0 | 2 | 2:4 | 3 |