Bu gün "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, V tur matçında rəqib İngiltərə "Tottenhem" klubu olub. Bu matçda Ağdam klubu 0:1 hesabı ilə uduzub. Bu qələbə ilə "Tottenhem" qrupdan çıxmağı təmin edib.
"Qarabağ" qrupdan çıxmaq üçün son turda mütləq "Anderlext"ə qalib gəlməli, "Monako" isə səfərdə "Tottenhem"ə uduzmalıdır.
Qol: Harri Keyn, 78 (0:1)