"Qarabağ" Lüksemburqdakı qələbəyə görə 570 min avro qazanıb

  • İDMAN

"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin II turunda "Düdelanj”ı Lüksemburqda 4:1 hesabı ilə məğlub etdiyi üçün UEFA-dan 570 min avro mükafat alacaq.

Aktual.az "Report”a istinadən xəbər verir ki, Avropa futbol qurumu yarışın qrup mərhələsində hər qələbəyə görə bu qədər mükafat verir. Heç-heçə qarşılığında isə 190 min avro nəzərdə tutulub. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək.
Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Pley-offa çıxanlar əlavə 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar hərəyə 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.
Qeyd edək ki, "Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün 2,92 milyon avro mükafat da əldə edib. Üstəlik, Ağdam təmsilçisi cari mövsümdə Çempionlar Liqasında (ÇL) ilk 3 təsnifat mərhələsində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro, yəni, ümumilikdə 1 milyon 140 min avro qazanıb.
Beləliklə, Ağdam klubunun cari mövsüm üçün UEFA-dan gəliri 4 milyon 630 min avroya (təxminən 8,6 milyon manat) çatıb.
Xəbər 850 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR