“Qarabağ" klubunun bu təklifi RƏDD EDİLDİ

“Qarabağ
  • İDMAN

Çempionlar Liqasında pley-off mərhələsinə adlamağı hədəfləyən "Qarabağ” qış "transfer pəncərəsi”ndə heyətini gücləndirmək istəyir.
Aktual.az xəbər verir ki, Ağdam təmsilçisi artıq bir futbolçu ilə danışıqlara başlayıb.
Belçika mətbuatının yazdığına görə, Azərbaycan klubu Belçikanın 2-ci liqa təmsilçisi "Lyej” klubunun seneqallı hücumçusu Umar Diuf üçün təklif göndərib.
Bildirilib ki, "Qarabağ” onun transferi üçün 1,2 milyon avro təklif edib. Lakin qarşı tərəf bu təklifi rədd edib.
Belçikalılar Diufun keçidindən minumum 1,5 milyon avro qazanmaq niyyətindədirlər.
Qeyd edək ki, Umar Diuf "Lyej”in heyətində 18 oyun keçirib və 8 qol vurub. (qafqazinfo)

Xəbər 58 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR