"Qarabağ" klubu Azərbaycan çempionu oldu


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları keçirilib. "Report"un məlumatına görə, turun ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
"Xəzər Lənkəran" doğma azarkeşlər önündə paytaxtın AZAL klubu ilə qarşılaşıb. Matç "ağ-yaşılların" 1-0 hesablı qələbəsi ilə başa çatıb. 

"Qəbələ" Bakı "İnter"i ilə münasibətlərinə aydınlıq gətirib. Əyalət təmsilçisinin üçüncülük, "bankirlər"in çempionluq uğrunda mübarizə matçında bərabərlik qeydə alınıb - 1:1. Bununla da "İnter" çempionluq yarışından əl çəkməli olub. 

Turnir cədvəlinin dəyişilməz lideri "Qarabağ" isə "Sumqayıt"la çempionluq görüşüb. Matç Ağdam təmsilçisinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da mövsümün bitməsinə 2 tur qalmış "Qarabağ" Azərbaycan çempionu adına sahib çıxıb. 

Qeyd edək ki, turun ilk qarşılaşmasında "Simurq" Zaqatalada "Bakı"nı məğlub edib - 4:0.
Premyer Liqa, XXXIV tur 

16 may (şənbə)
18:00. "Xəzər Lənkəran” – AZAL (Bakı) - 1:0
Lənkəran. "Xəzər Lənkəran” mərkəzi stadionu
20:00. "Qəbələ” – "İnter” (Bakı) - 1:1
Qəbələ. Qəbələ şəhər stadionu
20:00. "Qarabağ” (Ağdam) – "Sumqayıt” - 1:0
Bakı. "Bakcell Arena”
15 may (cümə)
17:00. "Simurq” (Zaqatala) – "Bakı” - 4:0
Zaqatala şəhər stadionu

Aktual.az

Xəbər 855 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR