“Qarabağ işğaldan azad edilməlidir” -Əliyev Putinlə görüşdü

“Qarabağ işğaldan azad edilməlidir”   -Əliyev Putinlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburq şəhərində Prezident Vladimir Putin ilə görüşüb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və iki arasında mövcud iqtisadi münasibətlər müzakirə olunub.

Görüş zamanı İlham Əliyev bildirib ki, Rusiya və ATƏT-in Minsk qrupunun başqa həmsədrləri status-kvonun qəbul edilməz olduğunu bildirir:

“ Biz də onları tamamilə dəstəkləyirik. Münaqişə uzanıb. Status-kvonu dəyişmək üçün Azərbaycanın 20 ildən çoxdur işğal altında olan torpaqları erməni ordusundan azad edilməlidir. Son iki il ərzində danışıqlar aparılmayıb. Danışıqlara konstruktiv dinamika veriləcəyinə ümid edirik”.

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın konstruktiv rol oynadığını da qeyd edib. O, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün təşkilinə görə Vladimir Putinə minnətdarlığını bildirib.

Xəbər 683 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR