Şotlandiya “Seltik”inin baş məşqçisi Ronni Deyla Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacaqları “Qarabağ” haqda fikirlərini açıqlayıb.
Aktual.az xəbər verir ki, norveçli mütəxəssis Azərbaycan çempionunun fərqli səviyyədə oynadığını bildirib.
Sentyabrda 40 yaşını qeyd edəcək Deyla Ağdam təmsilçisinin “Rudar” qarşı oyununu izlədiyini də bildirib: “Oyunumuzu təkmilləşdirməliyik. “Qarabağ” güclü və yaxşı komandadır. Onların Çernoqoriya “Rudar”ına qarşı Bakıdakı oyununu görmüşəm. “Styarnan”la oyundan daha çətin anlar yaşayacağımızı düşünürəm. Bu, artıq tam fərqli səviyyədir”.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun Şotlandiyada keçiriləcək.