Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin ləğvi prosesini aparır.
Aktual.az xəbər verir ki, bunu erməni ekspert Karen İgityan deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti qarabağlılara verdiyi pasportların sadəcə turist sənədi olduğunu bildirib, həmin ermənilərin isə Ermənistan vətəndaşı olmadığını deyiblər:
"Bu o deməkdir ki, Ermənistan hökuməti verdiyi sözü tutmur və sabah Tavuş, Sünik və hətta İrəvanda yaşayan vətəndaşlar da eyni vəziyyətə düşə bilər”.
İgityan Ermənistan hökumətinin bəzi addımlarının etnik intiharı xatırlatdığını deyib:
"Hakimiyyət Qarabağdan imtina etdi, "soyqırım”ı beynəlxalq səviyyədə tanıtmaq və qınamaqdan imtina etdi, konstitusiyadan imtinadan hazır vəziyyətə gəldi. Belə bir anda Bakıda yeni tələb gəlir Xocalını soyqırım kimi tanımalısan”.
Xəbər 235 dəfə oxunub.