“Qarabağ” “Dinamo” ilə oyuna sükutla başlayacaq

“Qarabağ” “Dinamo” ilə oyuna sükutla başlayacaq
  • İDMAN

Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar sükutla başlayacaq.
Aktual.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Erikssonun vəfatı ilə əlaqədar matçlarda bir dəqiqəlik sükut olacaq.
Qeyd edək ki, bu həftə Azərbaycan təmsilçiləri "Qarabağ” və "Zirə” də avrokuboklarda cavab oyunlarına çıxacaqlar. Ağdam klubu avqustun 28-də Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın "Dinamo” (Zaqreb) komandasını qəbul edəcək.
İlk matçda zaqreblilər 3:0 hesablı qələbə qazanıblar.
Bir gün sonra isə "Zirə” meydana çıxacaq. "Qartallar” Kiprdə 0:6 hesabı ilə uduzduğu "Omoniya” ilə qarşılaşacaq.
Xəbər 179 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR