Türkiyənin "Beşiktaş” klubunun Azərbaycanda yoldaşlıq oyunu keçirəcəyi rəqib müəyyənləşib.
Aktual.az Qol.az saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Qarabağ”la qarşılaşacaq.
Bu haqda Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə görə, hələlik oyunun keçiriləcəyi tarix dəqiqləşməyib:
"Bu günlərdə danışıqlar üçün "Beşiktaş” klubunun idarə heyətinin üzvü Gökhan Sarı və klubun daha bir rəsmi nümayəndəsi Umut Kutlu Azərbaycana gələcək. Onunla görüşümüz olacaq. Bundan sonra da matçın vaxtı müəyyənləşəcək”.
Klub rəsmisi "Qarabağ”la yoldaşlıq oyunu təklifinin "Beşiktaş”dan gəldiyini də bildirib.
Aktual.az
Xəbər 722 dəfə oxunub.