Qarabağ Azərbaycan xalqı üçün müqəddəsdir - Şevçenko

Qarabağ Azərbaycan xalqı üçün müqəddəsdir - Şevçenko

Qarabağ öncə Azərbaycan üçün ərazi məsələsidir. Çünki bu, ədalətin bərpası, insanların qovulduğu ərazinin azad edilməsi və onların qayıdışıdır.
Aktual.az xəbər verir ki, bunu rusiyalı jurnalist, politoloq Maksim Şevçenko RTVI kanalında Marianna Minskerin aparıcısı olduğu "Vı derjites” verişində deyib.
"Həmin ərazi Azərbaycan xalqı üçün mifoloji cəhətdən müqəddəsləşib, lakin məsələ ondadır ki, mifin siyasi dövlət strukturlarında təcəssümü mütləq deyil. Məsələn, slavyan birliyi, pravoslav birliyi mifləri də var. Hətta Balkan və İkinci Dünya müharibələrində pravoslav dövlətləri olan Yunanıstan, Bolqarıstan, Serbiya bir-birilərilə döyüşüblər. Ona görə də burda da eyni şeydir. Ermənilər, buranı öz müqəddəs torpağınız hesab edirsiniz, kilsəniz, qəbirləriniz, xaçkarlarınız qalıb, kim onları sındıracaq ki? Yaşayın və Azərbaycan hakimiyyəti də onlara bu barədə təminat verir. Necə ki, ermənilər 300 ildir Krasnodarda, Armavirdə, Pyaqorskda, Şimali Qafqazda yaşayırlar. Onları diaspor adlandırırlar, amma onlar köklü əhalidir. Çərkəzlərin, kabardinlərin torpaqlarında yaşayırlar. Çərkəzləri qovub bu əraziləri ermənilərlə məskunlaşdırdılar. Yaxşı, kim buna qarşı çıxır?” - Şevçenko bildirib.
Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR