Bakı Metropoliteni noyabrın 26-da "Qarabağ"ın matçı ilə əlaqədar gecə saat 01:00-dək işləyəcək.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Metropoliteni” QSC-nin mətbuat xidmətindən atv.az-a verilən məlumata görə, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da Bakıda İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək “Qarabağ” klubu bununla bağlı quruma müraciət ünvanlayıb.
Metropoliten rəhbərliyi klubun müraciətini müsbət cavablandırıb. Ehtiyac olacağı təqdirdə, bu müddətin daha da uzadıla biləcəyi bildirilir.
Qeyd edək ki, "Qarabağ" - "Totenhem" görüşü 26 noyabr saat 22:00 da baş tutacaq.