Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasındakı keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun matçına 20 mindən çox bilet satılıb.
Bu barədə
Aktual.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, hazırda 20200 bilet alınıb.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Xəbər 219 dəfə oxunub.