"Qarabağ" "Atletik"lə oyuna itki ilə çıxacaq

  • İDMAN

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Atletik"in qonağı olacaq "Qarabağ"ın heyətində itki var.
Aktual.az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Musa Qurbanlı zədə səbəbindən İspaniya klubu ilə matçı buraxacaq.
23 yaşlı hücumçu Azərbaycan millisinin düşərgəsində zədələnib. Klub rəsmisi komandada digər futbolçuların oyuna hazır olduğunu bildirib.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də Bilbaodakı "Estadio de San Mamés" stadionunda keçirilcəcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR