Qara şokoladın faydaları - ARAŞDIRMA

Qara şokoladın faydaları   - ARAŞDIRMA

Acı şokoladın tərkibində kakao var. Tərkibində olan flavonoid beyin fəaliyyəti üçün faydalıdır. Əlbəttə şokoladın faydası bununla bitmir.
 
Şokoladın tərkibi minerallarla zəngindir.
 
Şokoladın tərkibində maqneizum, fosfor, kalium, dəmir, həmçinin B qrup vitamini mövcuddur.
Şokolad stressə qarşı dərmandır.
Şokolad əhval-ruhiyyəni qaldırmaq üçün münasib qidadır. Çünki tərkibində maqnezium vardır və bu maddə beyin əsəblərini rahatlatmaq qabiliyyətinə malikdir.
Şokolad ürək xəstəliklərinin qarşısını ala bilir.
Kakaoda olan flavonoid ürək xəstəliklərinin qarşısını almağa yardım edir. Bu anti-oksidantlar qanda olan xolesterinin səviyyəsini aşağı salır və qan damarlarının elastikliyini qoruyur.
Şokolad yüksək qan təzyiqinə və diabet xəstəliyinə qarşı yardım edər.
Şokolad sağlam qida növlərindən olaraq, yüksək qan təzyiqinə qarşı yardım edir. Tərkibində olan flavonoid maddəsi yüksək qan təzyiqini aşağı salar və onu sabit saxlayar. Həmçinin şokolad diabetin qarşısını alır.
Şokolad qocalıqla mübarizə aparır.
Şokolad insanı cavanlaşdıran maddədən biri sayılır. Şokoladın tərkibində olan kakao anti-oksidant olduğu üçün bədəni cavan saxlayar. Əlbəttə, ağ rəngli şokoladlarda flavonoid maddəsi az olur.
Qara şokolad kökəltmir.
Şokoladın tərkibində yağ və karbohidratlar vardır. Hər 100 qr. şokoladda 500 kalori vardır. Lakin onu yeməyi rejiminizdən çıxartmayın. Tərkibində olan minerallar bədən üçün çox faydalıdır. Yaxşı olar ki, gün ərzində 30 qr. acı şokolad yeyəsiniz, ifrat etməyəsiniz. (deyerler.org)
Xəbər 1065 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR