"Ölkəyə girişi qadağan olunmuş şəxslərlə bağlı müvafiq dövlət orqanları tərəfindən tərtib olunmuş siyahı "ASAN Viza” sisteminə daxil edilib”.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. O bildirib ki, sistem avtomatik olaraq bu siyahını yoxlayır: "Əgər müraciət edən şəxsin adı "arzuolunmaz şəxslər” siyahısındadırsa, həmin şəxsə viza verilməsindən imtina edilir. İstənilən şəxsə viza verib-verməmək hər bir dövlətin müstəsna səlahiyyətidir”.
Aktual.az Xəbər 346 dəfə oxunub.