Banklar tərəfindən dolların satışının məhdudlaşdırılması nəticəsində dollar kütləsinin alınıb-satıldığı “qara bazarda” məzənnələr bir qədər azalıb.
Aktual.az xəbər verir ki, Fins.az-ın məlumatına görə, ötən həftənin sonunda (sentyabrın 2-də) “qara bazar”da dolların satış qiyməti 1,82 manat olduğu halda, istirahət günləri bu qiymət bir qədər də yüksələrək 1,83 manata çatıb.
Dolların alış qiyməti isə sentyabrın 2-dəki 1,78 manatdan, sentyabrın 3-4-də 1,81 manata qalxıb. Amma bazar ertəsi dolların qara bazarda da cüzi ucuzlaşmasmı baş verib. Hazırda qeyri-rəsmi bazarda dollar 1,78 manata alınır, 1,81 manata satılır.