Ölkənin dağlıq və dağətəyi rayonlara qarın yağması avtomobil yollarında hərəkətə ciddi təsir etməyib.
Milli.Az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq bir sıra yollarda təmizlik işləri həyata keçirilir:
"Problem yaşanan ərazilərə "Azəravtoyol" ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub, yolların qardan və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülüb. Hazırda da bir çox ərazilərə qar yağmağa davam etdiyindən bu istiqamətdə işlər davam etdirilir. Buna baxmayaraq, hazırlıqsız sürücülərin yollara çıxması tövsiyə olunmur".
Aktual.az
Xəbər 388 dəfə oxunub.