Qar və yağış bəzi yollarda hərəkəti iflic etdi

Qar və yağış bəzi yollarda hərəkəti iflic etdi

Dekabrın 3-dən etibarən ölkə ərazisində hava şəraitinin dəyişməsi, qar və yağış yağması nəticəsində bəzi yollarda problem yaranıb.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib ki, əsas problem qarın yağdığı dağlıq bölgələrdə olub: "Hazırda Quba rayonunda Xınalıq kəndinə gedən yolda problem var: yağan qar yolu bağlayıb. Hazırda orada qarın təmizlənməsi və yolun açılması istiqamətində iş gedir. Əraziyə əlavə texnika cəlb olunub. Yəqin ki, yol günorta saatlarınadək açılacaq. Oxşar vəziyyət Şamaxı-Pirqulu-Dəmirçi kəndi yolunda da yaranıb. Orada qar yağaraq yolu bağlayıb. Amma oradakı vəziyyət Xınalıq yolundakı kimi çətin deyil. Orada da yol yaxın saatlarda açılacaq. Başqa digər rayonların heç birində avtomobil yollarında problem yoxdur".

"Azəryolservis" əlavə edib ki, yağan yağış yol təsərrüfatına ziyan vurmayıb. Sadəcə Bakıda bəzi yollarda suyun yığılması ilə əlaqədar müəyyən problemlər yaşanır. Təəssüf ki, kanalizasiya sistemləri bəzi yerlərdə köhnə olduğundan suyu vaxtında çəkməyə çatdırmır.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR