"Son günlər ölkə ərazisində yağan qarın əriməsi nəticəsində bir sıra sürüşmə sahələrində aktivlik müşahidə edilir”.
Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, ən çox sürüşmə cənub bölgəsində qeydə alınıb.
Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci km-də sürüşmə sahələrində aktivlik müşahidə edilir. Orada yol çəkilişi zamanı yamac kəsildiyindən sürüşmə aktivləşmişdi. Masallı rayonunun Zuvand və Güllütəpə kəndləri ərazisində sürüşmənin dinamikasında hazırda aktivlik müşahidə olunur. Cəlilabad-Yardımlı yolunda sürüşmə sahələri də aktivdir.
Həmçinin, Şamaxı rayonu ərazisində Çuxuryurd, Qızmeydan yolunun 2, 4 və 11-ci kilometrliyində sürüşmə, çökmə prosesi baş vermişdi. Hazırda da aktivlik müşahidə edilir. Şamaxı rayonunun Mədrəsə kəndi ərazisinə bitişik pay torpağında əvvəldən müşahidə edilən sürüşmə aktivləşib. Evlərdə çatlar əmələ gəlib. İki ay əvvəl ərazidən 2 ailə köçürüldü, hazırda digər evlərdə də çatlar qeydə alınır. Şamaxı yolunun 106, 111-ci kilometliyində sürüşmə aktivləşib, uçqun prosesi baş verib. Mövcud çatlarda genişlənmə müşahidə edilir. Bakı-Ağsu yolunun 132-156-cı kilometrliyinin asfalt qatında çat qeydə alınıb, Muğanlı-İsmayıllı yolunun 2,11,27-ci kilometrliklərində sürüşmənin dinamikasında aktivlik var”.
Ə.Qaralov Abşeron yarımadasında əsasən subasma hallarının artdığını deyib: "Bakıda və Abşeron yarımadasında da sürüşmə sahələri aktivləşib. Zığ sürüşmə sahəsində çatların dinamikasında genişlənmə müşahidə edilir. Abşeronda ən çox subasma halları var. Zabrat gölü, Qala qəsəbəsi, Binəqədi rayonu, Maştağada Savalan yaşayış massivi, Şuşa şəhərciyi, Daş karxanası ərazisində subasma halı qeydə almışıq. Proses bu gün də qalmaqdadır. Bu gün bizə daxil olan məlumata görə, Zabrat gölündə suyun səviyyəsi yenidən qalxıb, artıq asvalt ötrüyünün üzərinə çıxıb. Drenaj, kanalizasiya sisteminin olmaması səbəbindən suyun axarı yoxdur. Ona görə də gündən-günə subasmalar artır”.
Aktual.az
Xəbər 538 dəfə oxunub.