Qar Gürcüstan-Rusiya sərhədində problem yaratdı

Qar Gürcüstan-Rusiya sərhədində problem yaratdı
  • DÜNYA

Qonşu ölkənin bölgələrinə artıq dördüncü gündür ki, bol qar yağır

Gürcüstandan Rusiya istiqamətində gedən yük avtomobili sürücüləri artıq neçə gündür ki, iki ölkə sərhədində qalıblar. Onlar qidasız və yanacaqsız Lars gömrük-buraxılış məntəqəsinin açılmasını gözləyirlər.
Aktual.az Report-a istinadən bildirir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, kanalın çəkiliş qrupu hava şəraitinin pis olması səbəbindən göstərilən yerə gedə bilməyib. Yerli hakimiyyət orqanları hələ ki, bu məlumatı təsdiq etməyiblər.
İlkin məlumatlara görə, 150-dən çox avtomobil -17 dərəcə şaxtada saatlarla yolların qardan təmizlənməsini gözləyiblər.

Gürcüstanın bölgələrinə artıq dördüncü gündür ki, bol qar yağır və bu da ilk növbədə avtomobil yollarında nəqliyyatın hərəkətində çoxsaylı problemlər yaradıb.

Xəbər 238 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR