Qar ciddi fəsadlar yaratdı - Fotolar

Qar ciddi fəsadlar yaratdı   - Fotolar

İki gündür ki, Göyçaya yağan qar hazırda davam edir. Qar rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub, elektrik naqilləri qırılıb, dirəklər aşıb. Bəzi yerlərdə qarın ağırlığına tab gətirməyən ağaclar elektrik xətlərinin üstünə aşıb. 

Aktual.az APA-ya istinadən xəbər verir ki, ötən gecədən Göyçay şəhərinin bir neçə küçəsinə və 10-a yaxın kəndə elektrik verilişi dayanıb və hazırda əhali işıqsız qalıb. Bundan əlavə rayonda bir neçə evin, talvar və tövlənin dam örtüyü yağan qarın ağırlığına dözməyərək çöküb.

Güclü qar Göyçay şəhərinin Atatürk küçəsindəki 58 saylı ünvanda yerləşən ikimərtəbəli 18 ailəlik yaşayış binasına da ciddi ziyan vurub. Qəzalı vəziyyətdə olan yaşayış binasının dam örtüyü və divarları qarın ağırlığına davam gətirməyərək tamamilə çöküb. Binada yaşayan Nisə Piriyeva, Bağdagül Balıyeva, Xatirə Quliyeva, Vaqif Əliyev, Afət Aşurova, Anar Bəşirov, Tərbiyə Məmmədovanın ailəsi evsiz qalıb.

Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib. Sakinlər binada yaşamağın təhlükəli olduğunu deyirlər.

Bundan əlavə, şəhərin Nizami küçəsində 100 ildən çox yaşı olan iri gövdəli çinar ağacı hasarın və yardımçı tikilinin üstünə aşıb. Qar rayonun Ləkçiplaq və Qaraxıdır kəndlərində pomidor və xiyar şitilxanalarına da ziyan vurub. Şitilxanaların selofan örtükləri qarın ağırlığına dözməyərək yarasız hala düşüb, xırda pomidor və xiyar şitilləri qarın altında qalaraq tələf olub. 













Aktual.az

Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR