I qapı. Sən azadlıq yolunu seçmisən. Azadlıq və geniş məkan sənin üçün çox önəmlidir. Öz həyatını özün yaradırsan. Hər hansı nəticə çıxarmazdan öncə sən bütün mümkün variantları nəzərdən keçirirsən. Qoyulan məqsədə doğru inadla addımlayırsan. Öz vaxtını səmərəli sərf etməyi və həyatın sevinclərini dadmağı bacarırsan.
II qapı. Sənin kiçik dünyan var, orda artıq insanlara yer yoxdur. Özünlə baş-başa qalmaqdan zövq alırsan. Səyahət etməyi və müxtəlif tədbirlərə tək qatılmağı sevirsən. Sənin dayəyə ehtiyacın yoxdur, dostlarını doğrudan da sevirsən, lakin bununla belə özünlə zaman keçirməyi daha çox sevirsən.
III qapı. Səni rəngarənglik və müsbət emosiyalar gözləyir.Sən həyatını macəra olmadan yaşaya bilməzsən. Sıxıntı çəkə bilmirsən. Sən daima öyrənirsən və prinsiplərini irəlilədirsən. “Ömrün boyu yaşa və öyrən” devizin budur. Sən hər şeylə maraqlanırsan və baş verən hadisələr səndə maraqlı suallar oyandırır
VI qapı. Bu qapını seçənləri bir aləm macəra və maraqlı hadisələr gözləyir. Öz gələcəyin barəsində çox düşünür və yeniliklərlə qarşılaşmaq istəyirsən. Çox çılğınsan və hərəkətlərinin nə ilə nəticələnəcəyini düşünmürsən. Sən qaydaları çox pozursan, lakin ətrafdakılar sənin xarizmanı və kəskin hisslərini sevgiylə qarşılayırlar. Heç kim deyə bilməz ki, sən zamanını boşa sərf edirsən.
V qapı. Sənin qapıların hamıya açıqdır. Sülh, sakitlik və təbii gözəllik sənin üçün çox qiymətlidir. Səni məqsəd yox, məqsədə aparan yol daha çox maraqlandırır. Axınla üzürsən və istənilən qiymətə sabitliyi saxlamağa çalışırsan. Dramlardan qaçmaq üzrə ustasan.
VI qapı. Sülh və sakitlik. Tənhalıq, sakitlik və müşahidə sənin yol yoldaşlarındır. Sənin prinsipin “ Köhnə dost yeni dostdan yaxşıdır”. Həqiqət axtarışlarındasan. Həyatın mənasını axtarırsan. Yeni biliklər almaq üçün hər yaşda hazırsan. Sən mütəfəkkir və filosofsan. //Biziminfo.com