Amerikanın tanınmış qapıçısı Bred Fridel baş məşqçilik fəaliyyətinə başlayıb.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, 44 yaşlı qolkiper ABŞ-ın U-19 yığmasını çalışdıracaq. Fridel 1992-2005-ci illərdə "yankilər"in formasını geyib və millidə 82 oyun keçirib. Onun son klubu "Tottenhem" olub. Fridel ötən ilin mayında karyerasını başa vurandan sonra əsas millidə baş məşqçi Yurqen Klinsmannın köməkçisi kimi çalışıb.