"Barselona"nın qapıçısı Klaudio Bravo öz ölkəsində "Yaxşıların ən yaxşısı" seçilib.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, ona bu adı Çilinin İdman Jurnalistləri Birliyi verib.
32 yaşlı futbolçunun mükafatlandırma mərasimi də olub.
Qeyd edək ki, Bravo 2015-ci ildə "Barselona" ilə birlikdə İspaniya Kuboku, Çempionlar Liqası və İspaniya Superkubokunu qazanıb. Mükafatın verilməsinə iki gün qalmış isə o, komandası ilə klublararası dünya çempionu olmuşdu.