Ermənilər təşvişdə: ordudakı ölümlər gizlədilir

Ermənilər təşvişdə:       ordudakı ölümlər gizlədilir

Ermənistanın müdafiə naziri təcili qorxu içində olan əsgərlərinə "ürək-dirək verməyə" gəlib 

Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycanın işğal altında olan əraizsinə-Dağlıq Qarabağa gəlib.

 

Lent.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ohanyan itki verdikləri postlara, daha sonra isə ağır yaralanmış əsgərlərə baş çəkmək üçün Xankəndi mərkəzi hospitalına gedib.

 

Qeyd edək ki, bu səfər və Ermənistan hərbçilərinin, ekspertlərinin dünəndən bəri həyəcan dolu açıqlamaları düşmən ordusunun xeyli itki verdiyini, Ermənistan cəmiyyətində bunun qorxu, həm də etiraz yaratmasından xəbər verir.

 

Ohanyanın məhz bu hadisənin ardından cəbhə bölgəsinə gəlişi isə ordakı əsgərlərinə “ürək-dirək vermək” məqsədi daşıyır.   

 

 

Azərbaycan Müdafiə Nazirliyinin martın 19-da yaydığı açıqlamada qeyd olunub ki, cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb: “Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar”.

 

Daha sonra yayılmış səs yazıları, görüntülər və ermənilərin sosial şəbəkələrdəki müzakirələri də düşmənin itkilərini gizlətdiyini, Ermənistan cəmiyyətinin etirazından qorxduğu üçün yalnız Ermənistandan olan itkiləri açıqladığını açıq-aşkar göstərir.

 

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmiş əhali arasından olan əsgərlərlə bağlı itki isə açıqlanmır. Diqqət etdikdə görünür ki, Ermənistan Müdafiə Nazirliyi heç vaxt cəbhəyə göndərilən “Qarabağ erməniləri”nin ölümü barədə bir cümlə də qeyd etmir. Bu isə itkilərin böyük əksəriyyətinin gizlədildiyini deməyə əsas verir.


Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR