Qanunsuz saxlanılan silah-sursat müsadirə edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Elman Gəncəlizadə müvafiq sənədləri olmayan "İJ-70” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Bundan başqa İmişli rayonunun Məmmədli kənd sakini Akif Kərimzadənin evinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng, Yardımlı rayon sakini Cəlal Vəliyevdən 1 ədəd nömrəsi silinən "Liama” markalı tapança, 1 ədəd nömrəsi silinən "AK” markalı silah və 13 ədəd avtomat patronu, Balakən rayon Talalar kəndində yaşayan Cahangir Balayevin evinə baxış zamanı isə müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb.
Aktual.az
Xəbər 307 dəfə oxunub.