Qanunla qadağandır, amma piştaxtalarda açıq satılır - Video

Qanunla qadağandır, amma piştaxtalarda açıq satılır   - Video

Bakıda piştaxtalarda açıq şəkildə soyuq silah satılır.

Söhbət cib bıçaqlarından gedir. Paytaxtın bəzi ticarət mərkəzlərində belə mənzərəyə rast gəlmək mümkündür. Qiymətləri isə ölçüsündən aslı olaraq dəyişir.

Bəzi satıcılar isə belə bıçaqların satışına qadağa qoyulduğunu bildirdilər.

Bəs qanun nə deyir?

Hüquqşunas Kamandar Hüseynovun bildirir ki, qanuna görə belə bıçaqlar soyuq silah hesab edilir və satılması, alınması, hədiyyə verilməsi qadağandır.

Hüquqşunasın sözlərinə görə, bıçaqlar satılarkən onun təyinatına uyğun sertifikatı olmalıdır.

Məsələ ilə bağlı hazırlanan videomaterialı təqdim edirik:

//xəzərxəbər.com 

Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR