Rusiya hüquq-mühafizə orqanları Rövşən Lənkəranskidən 2016-cı ilin yazında Moskvada "göyərti kralı” Cambulat Şamil oğlunun güllələnməsi üçün intiqam alındığını aşkar ediblər.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarında olan mənbə Rosbalt-a bildirib ki, İstanbulda Rövşən Lənkəranskinin qətli Rusiyada kriminal qüvvələrə də təsir etdiyi üçün rusiyalı xəfiyyələr qətlin istintaqı ilə məşğul olublar. Əməliyyatçılar bu qətlin üstünü açıblar.
Cambulat Şamil oğlunun güllələnməsinin istintaqının gedişatında məlum olub ki, qətl üçün "qanuni oğru” Caniyevin qruplaşmasından iki killer cəlb edilib. Cambulat ilə hesabın bağlanmasına dair "sərəncamı” onunla münaqişəsi olan Rövşən Lənkəranski şəxsən verib.
Cambulatın qohumları və tərəfdaşları öz araşdırmalarında da məhz belə nəticəyə gəliblər, daha sonra ona "qanlı intiqam” elan edib, ölüm hökmü çıxarıblar.
Xatırladaq ki, 2016-cı ilin avqustun 18-də Caniyev İstanbul hotellərinin birində öz briqadasının üzvləri ilə görüşüb. Binadan yolsuzluq maşınından uzaqlaşarkən maşını killerlər atəşə tutublar, dəlmə-deşik ediblər. "Qanuni oğru” və onun sürücülük vəzifəsini yerinə yetirən sinif yoldaşı da ölüb.
Aktual.az
Xəbər 751 dəfə oxunub.