Qanun qarşısında hamı eynidir: məşhur da, varlı da...

Qanun qarşısında hamı eynidir: məşhur da, varlı da...

"Hər bir Azərbaycan vətəndaşının dünyasını dəyişməsi istər onun ailəsi, istər cəmiyyət, istərsə də dövlət başçısı üçün ağır bir itki deməkdir. Bu baxmdan Rasim Əliyevin faciəli ölümü faktının araşdırılmasının Prezident İlham Əliyev tərəfindən şəxsi nəzarətə götürülməsi də məsələnin ciddiliyindən və qanunların aliliyindən xəbər verir. Eyni zamanda mərhumun peşəsi ilə bağlı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bəyanatı, Mətbuat Şurasının atdığı addımlar təqdirəlayiq bir hal kimi qiymətləndirilməlidir".

Aktual.az xəbər verir ki, Bu sözləri Milli.Az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev deyib.

O, Rasim Əliyevin vəfatının cəmiyyətdə də birmənalı qarşılanmadığını xatırladıb:

"Bir tərəf jurnalistin qeyri-peşəkar addımından danışaraq digər tərəfi təmizə çıxarmağa çalışdı, digər tərəf isə Cavid Hüseynovu ittiham etdi. Kimin nə dərəcədə qanunsuz hərəkət etdiyini hüquq-mühafizə orqanları aydınlaşdırmalıdır. Fakt budur ki, biz gənc bir vətəndaşımızı itirdik, bir ailənin faciəsinin şahidi olduq. Səbəb isə kimlərinsə özbaşınalığı, Azərbaycan qanunlarına qarşı saymazlığı, o cümlədən məşhurluğu, varı, pulu, gücü bütün məsələlərin həllində ən vacib vasitə kimi qəbul etmələridir. Belələri unudurlar ki, həmin varı da, dövləti də verən məhz Azərbaycan və onun dövlətçilik prinsipləridir".

A.Nağıyev deyib ki, belə hərəkətləri ilə onlar Azərbaycanı onsuz da qeyri-obyektiv baxışları ilə daim qərəzli ittiham obyektinə çevirməyə çalışan Avropanın bir sıra ermənipərəst, riyakar insan haqlarını güya müdafiə edən təşkilatlarının haqsız tənqid obyektinə çevirirlər:

"Biz sivil və dünyəvi dövlətdə yaşayırıq və istənilən problemi qanun çərçivəsində həll etməyə qadirik. Məhz Prezidentin də nəzarəti ilə bu araşdırma öz məntiqi nəticəsini tapacaqdır və artıq seçilən həbs - qəti imkan tədbirləri də buna bariz bir sübutdur. Yəqin ki, obyektiv araşdırmanın da nəticəsi Azərbaycan xalqının dünyəvi dəyərlərə nə dərəcədə sadiq olduğunu bir daha Qərbə də nümunə kimi göstərəcəkdir".

 
Xəbər 561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR