Qanpulunu ödəməyən sığorta şirkəti...

Qanpulunu ödəməyən sığorta şirkəti...

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb. 

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzisığorta şirkətləri iləiyul ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta ilə əlaqəli 3241xəbər yerləşdirilib – 1081 xəbərdə söhbət konkret şirkətdən gedib. Bunlarda864-üneytral217-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlərAlfa İnsuranceRəvan Sığorta Başak-İnam SığortaAzərqarant SığortaBakı Sığorta şirkətləri– (40 xəbər – 5 sığorta şirkətinin bağlanması iddiaları), Dövlət Sığorta Kommersiya Şirkəti (16 xəbər - şəhid ailələrinə qanunda nəzərdə tutulan sığorta ödənişini – qanpulunu verməkdən imtina edir) və ATA Sığortaşirkətinə (1 xəbər – sığorta şirkətindən şikayət) məxsusdur. İyul ayında bu sektorla əlaqəli elektron mətbuatda müsbət xəbər yerləşdirilməyib.

Xəbər sayına görə sıralama:

1. Rəvan Sığorta159 xəbər
2. Alfa İnsurance (Sığorta)102 xəbər
3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi88 xəbər
4. Bakı Sığorta73 xəbər
5. Atəşgah Sığorta65 xəbər
6. Paşa Sığorta63 xəbər
7. Paşa Həyat Sığorta62 xəbər
8. Başak-İnam Sığorta Şirkəti62 xəbər
9. Azərqarant Sığorta61 xəbər
10. Dövlət Sığorta Kommersiya Şirkəti53 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 227xəbər dərc edilib – 89 xəbərdə konkret şirkətin adı qeyd olunub. Bu xəbərlərdən 21-i mənfi, 68-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər Alfa İnsuranceRəvan Sığorta , Başak-İnam Sığorta, Azərqarant SığortaBakı Sığorta şirkətləri – (4 xəbər – 5 sığorta şirkətinin bağlanması iddiaları) və Dövlət Sığorta Kommersiya Şirkətinə (1 xəbər - şəhid ailələrinə qanunda nəzərdə tutulan sığorta ödənişini – qanpulunu verməkdən imtina edirməxsusdur. İyul ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc edilməyib

Xəbər sayına görə sıralama:

1. Bakı Sığorta10 xəbər
2. Alfa İnsurance9 xəbər
3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi8 xəbər
4. Beynəlxalq Sığorta Şirkəti7xəbər
5. Başak-İnam Sığorta Şirkəti7 xəbər
6. Atəşgah Sığorta5 xəbər
7. ATA Sığorta5 xəbər
8. Rəvan Sığorta4 xəbər
9. Azərqarant Sığorta4 xəbər
10. AXA MBASK Sığorta4 xəbər

İyul ayında televiziya kanallarındsığorta şirkətlərinə məxsus xəbər göstərilib. 

Xəbər sayına görə sıralama:

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi2 xəbər 
2. Alfa İnsurance (Sığorta)1 xəbər

Radio kanallarında iyul ayında bu sektorla əlaqəlixəbər verilməyib.

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR