Qanda şəkərin səviyyəsi corab vasitəsilə müəyyənləşdiriləcək

Qanda şəkərin səviyyəsi corab vasitəsilə müəyyənləşdiriləcək

ABŞ-ın Kaliforniya Universitetinin alimləri şəkərli diabetdən əziyyət çəkən insanlara qlyukometr əvəzinə qanda qlükozanın səviyyəsini müəyyənləşdirən corablardan istifadəni təklif ediblər.

Aktual.az  AZƏRTAC-a istinadla xəbər verir ki, həmin corablara sensorlar quraşdırılıb. Tədqiqatçıların fikrincə, sensorların iş prinsipinin vacib şərti istifadəçinin ayaqlarının hərəkət zamanı tərləməsi ilə bağlıdır. Bu zaman ayaqdan ifraz olunan tər sensorların işi üçün enerji mənbəyi rolunu oynayır.

Sensorlar diabetdən əziyyət çəkən xəstənin tərindəki qlükozanın miqdarı və süd turşusu ionlarını müəyyənləşdirir və toplanan məlumatları simsiz ötürücü qurğu vasitəsilə istifadəçinin smartfonuna yönəldir.
 
Aktual.az 
Xəbər 769 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR