Bu içki həm qan şəkərini nizamlayır, həm də günə daha enerjili başlamanızı təmin edir.
Aktual.az lent.az-a istinadən qan şəkərini nizamlayan limonadın reseptini təqdim edir.
Lazım olan ərzaqlar:
1 su stəkanı dəmlənmiş, soyumuş yaşıl çay və ya bəyaz çay
3 stəkan su
2 ədəd limonun suyu
1 ədəd limon qabığı rəndəsi
3-4 ədəd çiyələk (dilimlənmiş)
½ xiyar (dilimlənmiş)
1 desert qaşığı bitkisəl dadlandırıcı
1 çubuğ darçın
½ su stəkanı buz
Hazırlanması:
Bütün ərzaqları bir qrafinə qoyduqdan sonra qarışması üçün yaxşı çalxalayın. 15-20 dəqiqə gözləyəndən sonra içə bilərsiniz.
Bu limonad qan şəkərini nizamlayaraq, ertəsi günə daha enerjili başlamanızı və daha gec acmanızı təmin edəcək.