Şərq mədəniyyətində insanın hansı qan qrupuna aid olması onun həyatında mühüm yer tutur.
Aktual.az xəbər verir ki, Yaponiyadakı geniş yayılmış inanca görə, qan qrupu 2 olanlar həssas, mükəmməliyyətçi və işgüzar insanlar olsalar da, ancaq daxilən çox narahatdırlar.
Qan qrupu 1 olanlar isə səxavətli və inadkar xarakterləri ilə seçilir.
4-cü qan qruplarının özəlliyi odur ki, onlar çox əsrarəngizdir, həm də ağıllarına gələn hər işi yerinə yetirirlər.
3-cü qan qrupları şən olsa da, eksentrik və olduqca eqoistdir.
Sevgi həyatı
Yaponiyada cütlüklər qan qruplarının uyğunlaşmasına xüsusi diqqət yetirir. İddia olunur ki, iki insan arasında harmoniya olub-olmadığını qan qruplarına görə müəyyənləşdirmək mümkündür. İnsanların çoxu ən çox + 2 qan qrupu ilə sevgili olmağa çalışdığı halda, + 3 qan qrupundan uzaq durmağa üstünlük verirlər.
İş həyatı
Qan qrupu haqqında kitab yazanlardan biri də Tokiodakı Asiya Universitetində dinşünas və professor Terumitsu Maekava xəbərdarlıqlara baxmayaraq iş görüşlərində yeni kadrlardan hansı qan qrupuna aid olduğu soruşur. Qısası, qan qrupu Yaponiyada iş həyatına dərindən təsir edir.
Məsələn: 1990-cı ildə "Asahi" qəzeti "Mitsibushi Electronics" şirkəti əmək məhsuldarlığını artırmaq üçün 4-cü qan qrupundan ibarət bir komanda yaratdığını iddia etmişdi.
Qidalanma
Dietoloqlar sırf qan qruplarına uyğun olaraq qidalanma proqramları hazırlayır. Yaponlar bu məsələdə bir neçə addım daha da irəli gedərək içki, çərəz kimi məhsulları da qan qruplarına görə istehsal edir. Fərdi baxım məhsullarında da bu meyarı tətbiq edən firmalar da mövcuddur.
Təhsil
Bəzi uşaq bağçalarında qan qruplarına görə təhsil üsulları tətbiq olunur. Bəli səhv eşitmədiniz! (publika.az)
Xəbər 1503 dəfə oxunub.