Qan analizinin köməyi ilə depressiya üçün dəqiq, fərdi preparatlar seçmək mümkün olacaq
Ölkə.Az "BBC"yə istinadən xəbər verir ki, Britaniyalı alimlər qan analizinin köməyi ilə depressiya əleyhinə dəqiq, fərdi müalicə preparatları seçməyin mümkün olduğunu bəyan ediblər.
London Krak Kollecinin həkimləri bildirir ki, onların hazırladığı qan analizi depressiyadan əziyyət çəkən insana məhz hansı preparatın daha yaxşı təsir göstərəcəyini deməyə imkan verəcək. Bu gün tibb dünyasında depressiya əleyhinə dərmanlar sınaq qoyma üsulu ilə yazılır. Əgər yazılan dərman yaxşı effekt göstərmirsə, həkim onu yenisi ilə əvəz edir.
140 xəstə üzərində aparılmış sınaqlar metodun səmərəli olmasına ümid verir. Həkimlər daha çox xəstə üzərində sınaqlar keçirdikdən sonra yekun qərar verəcəklərini bildiriblər.
Depressiya ən geniş yayılmış psixi xəstəlikdir. Hazırda dünyada bütün yaş qruplarından 350 milyon insan depressiyadan əziyyət çəkir.