Qalmaqallı qanun layihəsi yenidən gündəmdə

Qalmaqallı qanun layihəsi yenidən gündəmdə

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində narazılıq doğuran məsələlər artıq razılaşdırılıb. Layihənin yeni variantı üzərində işlər tamamlanmaq üzrədir".

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, layihə rəy alınması üçün bir necə quruma göndərilib. Artıq 4 qurumdan - İdman və Gənclər Nazirliyindən, Ədliyyə Nazirliyindən, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsindən və Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) müvafiq rəylər almışıq: "QMİ ilə yanaşı, daha 3 qurum reproduktiv sağlamlıqla bağlı qanun layihəsinə müsbət münasibətlərini ifadə ediblər".

Ə.Əmiraslanov qeyd edib ki, layihəyə bir necə qurumun da rəy verməsini gözləyirlər: "Yaxın zamanlarda onlar da rəylərini açıqlayacaqlar. Qanun layihəsini yaxın dövrdə Milli Məclisin Səhiyyə komitəsinin, sonra isə plenar iclasın müzakirəsinə təqdim etməyi nəzərdə tuturuq. Neçə illərdir ki, bu qanun layihəsi ərtafında müzakirələr, mübahisələr, söz-söhbətlər davam edir. Hesab edirik ki, bu sənədin də yenidən müzakirələrə çıxarılması vacibdir. Qanunun qəbuluna da ciddi ehtiyac var".

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR