"Burada gələcəyin ailəsini yaratdım. Yaşamımız "Baywatch"dan daha maraqlıdır. Arvadım Pamela Andersondan daha erotik, daha gözəldir".
Alman milyonçu Bastian Yotta vətəni Almaniyanı tərk edərək ABŞ-ın Los-Anceles şəhərində yaşayır.
Onun superlüks villasının sahibəsi isə xanımı Mariya Yottadır.
Milli.Az ABC-yə istinadən bildirir ki, Mariya Yottanın dediyinə görə, "Yotta Life" ("Yotta Həyatı") adlandırdıqları həyat tərzini seçiblər.
"Gələcəyin ailəsidir bura. Ərim üçün evə 10 qadın gətirdim. O qadınlar bizimlə yaşayırlar. Həmin qadınlara "Yotta həyatı"nı öyrədirik. Belə yaşam üçün ayda 100 min dollar xərcləyirik", - 27 yaşlı Maria Yotta deyib.