Qalmaqal xəbəri ilə bağlı şirkət açıqlama yaydı: "Yalandır"

Qalmaqal xəbəri ilə bağlı şirkət açıqlama yaydı:

Baş rollarda Burak Özçivitlə Neslihan Atagülün yer aldığı "Kara Sevda" serialının çəkiliş meydançasında aktyor Furkan Andıçın qalmaqal yaratması xəbərinə prodüser şirkəti cavab verib. 

Aktual.az axsam.az-a istinadən xəbər verir ki, görə, "Ay Yapım" yazılan informasiyanın yalan olduğunu elan edən açıqlama yayıb: 

"Son vaxtlar mediada şirkətimizin və yeni layihəmiz "Kara Sevda"nın adından istifadə edilərək yazılan xəbərlər həqiqəti əks etdirmir. Hər bir layihəmizdə olduğu kimi, bu serialda da bir çox aktyorla görüşümüz olub. 

Adı hallanan dəyərli aktyor Furkan Andıçla da müzakirələr apardıq və onunla hər hansı bir razılığa gəlmədik. Bu müddət ərzində Furkan Andıç heç vaxt çəkiliş meydançasında olmayıb. "Kara Sevda" daha əvvəl də dedyimiz kimi, sentyabrın sonunda "Star"da ekranlara gələcək. 

"Ay Yapım" olaraq tərəfimizdən təsdiq olunmamış xəbərlərə inanmamağınızı rica edirik".

Xəbər 880 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR