Soyuq havalarda həddindən artıq qalın geyinmək bədəni tərlətdiyi üçün zəiflədir.
Aktual.az axar.az-a istinadən xəbər verir ki, "Qat-qat qalın paltarlardan uzaq durun" deyən mütəxəssislərin bu təklifləri də var:
2-3 qat incə paltar geyinin. Ağız, burun və boğazınızı şal ilə bağlayın. Mikroblardan qorunun. Baş və qulaq hissəsinin soyuqlamaması, həm də sinusitdən uzaq dayanmaq üçün mütləq şapka, papaq və ya beret geyinin.
Təri çölə ifraz etdirən sintetik və ya lukralı atletləri seçin. Günəş işığını çəkib yığması üçün tünd rəngli paltarlar geyinin.