“Qalatasaray”da prezident seçkiləri yenidən ləğv olunub

“Qalatasaray”da prezident seçkiləri yenidən ləğv olunub

"Qalatasaray”da prezident seçkiləri növbəti dəfə ləğv olunub.

Apasport.az saytının məlumatına görə, Apelyasiya Məhkəməsi bu barədə qərar qəbul edib.

Aprelin 19-da Asliye Məhkəməsi ayın 30-dakı seçkiləri ləğv etmiş, üç gün sonra isə klubun etirazı qəbul olunaraq, seçkilərin təyin olunan vaxtda keçirilməsini qərar alınmışdı. Lakin İdarə Heyətinin üzvü Fırat Develioğlu məsələ ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə isə seçkilərin ləğv edildiyini açıqlayıb.

Bu isə o deməkdir ki, "Qalatasaray” sabah yeni prezidentini seçə bilməyəcək. Bundan sonra yeni rəhbərin seçilməsi üçün hazırkı prezident istefa verməlidir.

Qeyd edək ki, "cim-bom”un hazırkı prezidenti Burak Elmasdır.
Xəbər 607 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR