"Qalatasaray"da zədə kabusu davam edir.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, Sneyder, De Yonq, Semih və Çedyounun ardınca Eren Derdiyok da sıradan çıxıb.
Derdiyok da digər futbolçular kimi məşqdə zədələnib. Bu zədələnmələrin Tüdorun ağır fiziki hazırlıq nəticəsində meydana gəldiyi bildirilir. İlkin müayinədən sonra futbolçunun durmunun ciddi olduğu müəyyənləşib.
Aktual.az
Xəbər 546 dəfə oxunub.