Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Aktual.az "Foot Mercato"ya istinadla xəbər verir ki, İstanbul təmsilçisi Fransa PSJ-sinin yarımmüdafiəçisi İddrissa Qeyeni sıralarına qatmaq niyyətindədir.
"Cim-bom" rəhbərliyi artıq PSJ ilə danışıqlara başlayıb. 32 yaşlı seneqallı futbolçu özü də hazırkı komandasından ayrılmaq niyyətindədir.
Qeye 2019-cu ildən Paris təmsilçisinin uğurları üçün çalışır.
Xəbər 408 dəfə oxunub.