"Qalatasaray" Domenek Torrentlə yolları ayıracaq.
Aktual.az "Sabah"a istinadən xəbər verir ki, ispan çalışdırıcı ilə 1,5 illik müqavilə imzalansa da, mövsümün sonunda onun komandada qalması demək olar ki, mümkünsüz görünür.
May ayında seçiləcək yeni prezident və rəhbərlik Fatih Terimdən sonra "Qalatasaray" camiəsində özünü sevdirə bilməyən Torrentlə davam etməyəcək və yeni məşqçisini müəyyən edəcək.
Torrentin "Qalatasaray"ın baş məşqçisi təyin olunmasında menecer Işıtan Gün və klubun prezidenti Burak Elmas mühüm rol oynamışdı. Onların yoxluğunda isə Torrentin postunda qalması mümkünsüz görünür.
59 yaşlı çalışdırıcının 2022-23 mövsümü üçün müqaviləsinə əsasən illik məvacibi 1,5 milyon avrodur. Məşqçi yeni mövsümə qədər istefa verməsə, bu pul ödəniləcək və ya ortaq məxrəcə gəlinərək güzəştli ödənişlə yollar ayrılacaq.
Xəbər 400 dəfə oxunub.