Qafqazda ilk "halal çimərlik"

Qafqazda ilk
  • DÜNYA

Çeçenistanda yalnız qadınların gedə biləcəyi bir çimərlik açılıb. 


Aktual.az anspress-ə istinadən bildirir ki, geniş sahəni əhatə edən istirahət yeri 3 metr hündürlüyündə hasarla əhatə edilib, qum isə Xəzər dənizi sahilindən gətirilib.

Çimərliyə yalnız qadınlar, qızlar və anası, bacısı və nənəsi ilə gələn 12 yaşadək olan oğlan uşaqları buraxılır. Eyni zamanda çimərliyə gələn qadınların müsəlman olması da vacib deyil. Buraya istənilən dini düşüncə sahibləri gələ bilərlər. İstirahət mərkəzində eyni vaxtda minə yaxın qadın istirahət edə bilər.

Çimərlikdə kafe, tibbi məntəqə və namaz otağı da var. Bütün işçilər isə zərif cinsin nümayəndələridir. Hətta xilasedicilər belə Fövqəladə Hallar Nazirliyində işləyən qadınlardır.

Çeçenistanın Qudermes şəhərində də buna bənzər istirahət mərkəzi var. Burada bir akvapark hasarla tən ortadan bölünüb. Qadınlar və kişilər ayrı-ayrılıqda istirahət edirlər.

Xəbər 1562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR