Qafqaz Universitetinin prorektoru vəzifəsindən azad olunub.
Universitetin tərbiyə işləri üzrə prorektoru və Rəyasət Heyətinin üzvü Şaiq Nəbiyev vəzifəsindən azad olunub və RH-nin üzvlüyündən çıxarılıb.
Məlumata görə Ş. Vəliyev universitetdə yüksək vəzifə tutan yeganə azərbaycanlı olub. O qatı Fətullahçı kimi tanınıb.
Universitetə müvəqqəti olaraq rəhbərlik edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov xəbəri təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl də Qafqaz Universitetinin rəhbərliyinə daxil olan 50-yə yaxın müəllim heyəti işdən azad olunmuşdu. //Qafqazinfo.az