Yanvarın 18-də Azərbaycanda Qafqaz Universitetinin bağlanması Türkiyə mediasında da gündəm olub.
Türkiyə kanalları Universitetin bağlanması xəbərlərinə "Azərbaycandan FETO-ya daha bir zərbə” başlığını verib. Aparıcı "FETO-nun Azərbaycandakı ən böyük təhsil ocaqlarından biri olan Qafqaz Universiteti bağlandı. Daha əvvəl FETO-çulardan təmizlənən və idarəçiliyinə azərbaycanlı müəllimlərin gətirildiyi universitet bu dəfə tamamilə ləğv edildi”, – deyə xəbərə giriş verib.
"A24.az” Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir: