Qafqaz Universitetində 20-yə yaxın müəllim işdən çıxarılıb?

Qafqaz Universitetində 20-yə yaxın müəllim işdən çıxarılıb?

Qafqaz Universiteti 20-yə yaxın müəllimin işdən çıxarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Aktual.az  xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev AzVision.az-a açıqlamasında bu məlumatların yalnış olduğunu bildirib.

"Yayılan məlumatda 20-yə yaxın müəllimin adı yazılıb. Bu məlumat tamamilə yalnışdır. Adları çəkilən müəllimlər hazırda universitetimizdə işləyirlər. Onlar işdən çıxarılmayıblar”.

Rəcəb Rzayev qeyd edib ki, universitetdən yalnız 2 müəllim öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, mətbuatda Qafqaz Universitetində ciddi ixtisarların aparılması haqda məlumat yayılıb. Bildirilib ki, son günlər 20-yə yaxın müəllim işdən çıxarılıb.
 
Aktual.az 
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR